Banner

Nizamidə yol polisi problemli nöqtələri üzə çıxardı; ağacları budayıb normal şərait yaratdılar - VİDEO

Avtosfer TV 22 Oktyabr 2025 17:00 Oxunub 1688
Nizamidə yol polisi problemli nöqtələri üzə çıxardı; ağacları budayıb normal şərait yaratdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nizami rayonunda yol infrastrukturu ilə bağlı sürücüləri narahat edən problemlər aradan qaldırılıb.

Avtosfer.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən problemli nöqtələr müəyyənləşdirilib, ağac budaqlarının qarşısını kəsdiyi yol nişanları və işıqforların siyahısı tutulub. DYP-nin təklifləri əsasında əraziyə gələn Bakı şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları rayon ərazisində yol nişanlarının və işıqforların görünməsinə çətinlik yaradan ağacların budaqlarını budayıb.


Rayonun Məhsəti Gəncəvi, Məmmədəli Şərifli, Tofiq Abbasov küçələrində və Qara Qarayev prospektində sürücülərin və piyadalaırn təhlükəsizliyini təmin etmək məqsədilə görülən işlər müsbət nəticə verib. İşıqforlar və yol nişanlarının normal məsafədən görünməsi təmin edilib.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh