Nömrəsiz "Naz Lifan" ilə uşağı vuran sürücü 7 dəfə cərimə olunubmuş - VİDEO
Dəfələrlə dövlət nişanı olmamasına görə məsuliyyətə cəlb edilən sürücü piyadanı vurub. Avtosfer.az xəbər verir ki, qəza hadisəsi 17 may tarixində Bakı-Şamaxı yolunda qeydə alınıb. Görüntülərdən də aydın olduğu kimi, “NazLifan” markalı, 57-BV-935 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidindən istifadə edən azyaşlını vurub. Üstəlik, digər nəqliyyat vasitələrindən fərqli olaraq keçiddən keçən uşağın hərəkətinə məhəl qoymayan sürücünün dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə etməsi də gözdən qaçmayıb.
Belə ki, dövlət nömrə nişanı olmamasına baxmayaraq tapılan sürücü barəsində cinayət işi açılıb. Həmçinin araşdırma zamanı onun dövlət nişanı olmadan maşını idarə etdiyi üçün keçən il ərzində iki, 2023-cü ilin 5 ayı ərzində də iki dəfə inzibati məsuliyyətə cəlb edildiyi müəyyənləşib.
Qeyd edək ki, aldığı cəzalardan dərs çıxarmadan törətdiyi səhvə davam edən avtomobilin sahibi qazidir və hadisə zamanı idarə edən isə onun oğlu olub.
Bakı Dövlət Yol Polisi paylaşdığı görüntünü təqdim edirik:
Nərmin Əkbər