NTV-nin aparıcısının öldüyü təyyarə qəzasının təfərrüatları - VİDEO

Rusiya paytaxtında NTV-nin aparıcısının öldüyü təyyarə qəzasının təfərrüatları bəlli olub.
360 TV-nin məlumatına görə, bu barədə hadisə şahidi Sergey Vijutoviç danışıb.
Onun sözlərinə görə, pilot son ana qədər təyyarəni yaşayış binalarından, yollardan və elektrik xətlərindən uzaqlaşdırmağa çalışıb, təyyarədə nəzarəti demək olar ki, itirməsinə baxmayaraq, onu tarlaya endirməyə çalışıb.
“Qəhrəman kimi öldü.… Təyyarənin düşdüyünü anladıqları zaman nə hiss etdiklərini bilmirəm. Sürət aşağı idi, onu artıq idarə etmək mümkün deyildi və... bir anda yerə çırpıldı”.
Vijutoviçin sözlərinə görə, təyyarə yerə dəydikdən dərhal sonra alovlanıb, bir neçə saniyə sonra çən partlayıb və alov bir neçə metr yüksəyə qalxıb. Şahid əlavə edib ki, təyyarə 15 dəqiqə yanmağa davam etdiyi üçün pilotun xilas olmaq şansı yox idi.
Qeyd edək ki, Moskvada “Cessna” yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub.
RF Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faciəyə səbəb mühərrikdə nasazlıq olub.
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO










