Orijinal adı altında saxta ehtiyat hissəsi satanlar cəzalanmalıdır – VİDEO

Bəlkə də bir çoxlarınız bu problemlə qarşılaşmışsınız. Söhbət bazarlarda saxta avtomobil ehtiyat hissələrinin orijinal adı ilə vətəndaşlara satılmasından gedir.
Avtosfer.az xəbər verir ki, belə məhsullar o qədər ustalıqla qablaşdırılır ki, onu orijinaldan fərqləndirmək çətin olur. Üstəlik, saxta ehtiyat hissələri xarici görünüşcə də orijinalın demək olar ki, eynisidir. Qiymətləri isə daha ucuz olduğuna görə alıcıların diqqətini cəlb edir. Lakin bu ucuzluq sonradan baxa-başa gələ bilər.
Mütəxəssislər deyir ki, belə məhsullar nəqliyyat vasitələrində ciddi nasazlıqlara, bəzən isə ölümcül qəzalara səbəb ola bilər. Bəs vətəndaşlar necə düzgün seçim edə bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, QR kodlar burada öz rolunu oynaya bilər və yaxud da başqa bir məhsulun üzərindəki kodla internet üzərində hansısa bir araşdırmaq aparmaq olar:

“Bunu rəsmi servislərdən də dəqiqləşdirmək mümkündür ki, mən belə bir detalar alıram, bu kodu sizdə yoxlamaq istəyirəm ki, uyğundur, uyğun deyil.
Bildiyim qədəri ilə belə bir imkan rəsmi servislərdə də yaradılıb. Onların özlərdə maraqlıdır ki, qeyri-orijinal ehtiyat sisələri bazara girməsin, hətta onların loqosu ilə satılmasın. Çünki sonunda onların adı batır.
Qeyri-orijinal ehtiyat sisələrini orijinal adı ilə, keyfiyyətli məhsul adı ilə vətəndaşlara satanları məhsuliyyət nəzərdə tutulmalıdır, cəzalanmalıdır onlar.
Qanunvericilik bazası da təkmilləşsə, bu istiqamətdə müəyyən dəyişiklikləri nail ola bilərik, həm də bu məhsulların ölkəyə gətirilməsini hansısa formada məhdudlaşdırmaq lazımdır”.
Eltac Zülfüqaroğlu
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO
Yoldan çıxıb işıq dirəyinə çırpılan “BMW” iki yerə bölündü; ölən var – FOTO - VİDEO
“Priora” ilə yol polisindən qaçan vəsiqəsiz sürücü “Kamaz”la toqquşdu - FOTO - VİDEO










