Ötmə əməliyyatı edən sürücü dəhşətli qəzaya səbəb olub hadisə yerindən qaçdı - VİDEO
Avtosfer TV 21 İyul 2021 17:17 Oxunub 2702
Ötmə əməliyyatı edən sürücü dəhşətli qəzaya səbəb olub hadisə yerindən qaçdı   - VİDEO

“Toyota RAV4” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı edərkən dəhşətli qəzaya səbəb olub. Avtosfer.az bildirir ki, yük avtomobilinin arxasınca gəlməyə səbri çatmayan sürücü onu ötməyə çalışarkən “Chevrolet Cruze” markalı avtomobilin yoluna çıxıb. ”Chevrolet Cruze”nin sürücüsü son anda avtomobilini toqquşmadan qaçırsa da sonu yaxşı bitməyib. İdarəetməni yenidən ələ ala bilməyən “Chevrolet” markalı avtomobilin sürücüsü yük maşınına çırpılıb. Ağır qəza nəticəsində “Chevrolet”in sürücüsü dünyasını dəyişib. “Toyota RAV4”ün sürücüsü isə hadisə yerindən qaçıb.  

 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh