Özünü hara gəldi soxan sürücü – VIDEO
Hərəkət axınının bir qədər sıx olduğu vaxtlarda bəzi sürücülər özlərinə “yer tapa bilmirlər.” Belə ki, soldan sağa, sağdan sola keçərək guya qabağa düşmək istəyirlər. Nəticə etibari ilə digərləri ilə eyni vaxta hərəkət etsələr də özlərinə “daha tez gedirəm” illüziyası yaradır. Ən dəhşətlisi isə sürücülərin bu illüziyası başqalarının təhlükəsizliyinə maneə yaradır, insanların əsəblərini korlayır. Qarşıdakı avtomobillə 2 metr ara məsafəsi saxlayan kimi başqa bir maşın özünü ora dürtüşdürür. Sanki bu daha “ağıllıdır.”
Avtosfer.az-ın kameralarına düşən 90 LL 414 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü kimi. Hadisə Bakı-Sumqayıt yolunun başlanğıcında qeydə alınıb. Sol zolaq ilə hərəkət edən sürücü sıxlıq olduğunu və qarşısındakı avtomobilin tez-tez əyləcdən istifadə etdiyini nəzərə alıb ara məsafəsi saxlayır. 90 LL 414 dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə özünü “ağıllı” hesab edərək sağdan ötmə edib ara məsafəsinə girməyə çalışır. Digər sürücü ona irad bildirəndi isə “povorotnik yandırmışam görmürsən” deyə etiraz da edir. Sonra isə “acığa düşərək” digər avtomobilin qarşısında təhlükəli manevr edir və ara məsafəyə girir. Lakin burada da özünə yer tapa bilmədiyindən yenidə başqa bir sürücünün əsəbləri ilə oynamaq üçün zolağını dəyişir.
Bu cür sürücülərə qarşı yol polislərinin ciddi tədbir göməsi lazımdır. Çünki özlərini hər kəsdən üstün hesab edən belə sürücülər təhlükəsizliyə ciddi şəkildə maneə olur. Avtosfer.az “özünə yer tapa bilməyən” sürücünün videosunu təqdim edir:
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












