Parkinq problemi, yoxsa parkinqin yaratdığı problem? - FOTO - VİDEO

Avtosfer TV 11 Mart 2024 10:29 Oxunub 704
Parkinq problemi, yoxsa parkinqin yaratdığı problem?  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil sahiblərinin şikayət etdiyi məsələlərdən biri də parkinqdir, daha doğrusu parkinq üçün yerlərin az olması. Bir çox insan belə düşünür ki, parkinqlər çox olsa tıxac, sıxlıq və sair problemlər də aradan qalxar. Amma təcrübə göstərir ki, bu yanaşma çox da doğru deyil. Bəzən parklama yerinin olması özü problem yaradır.

Xəbərdəki foto və video 8 mart 2024-cü ildə saat 11.40 radələrində çəkilib. Qeyri-iş günü olmasına baxmayaraq Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığındakı parkinqə daxil olmaq istəyən avtomobillər artıq bir cərgəni tam işğal edib. Şəhərdaxili avtobuslar da dayanacağa girə bilmədiyi üçün imkan tapdığı yerdə sərnişinləri mindirib düşürür. Hər 4-5 dəqiqədən başlayan, heç bir əsası olmayan “siqnalvermə ənənəsi” istirahət günündə yaxınlıqda yaşayan insanların rahatlığını pozur. İş günlərində vəziyyət daha dözülməz olur. 
Təxminən 15 dəqiqə müşahidə apardıqda məlum oldu ki, bir sürücünün parkinqdə bilet alıb şlaqbaumdan keçməsi 1 dəqiqədən çox vaxt aparır. Sürücülərin çoxu dəfələrlə buradan istifadə etsə də, vərdiş yaranmayıb. Nəticədə həm Azərbaycan prospekti, həm də yanaşı küçələrdə hərəkət iflic olur. 
Problemin həlli yolu isə ənənəvi şlaqbaum sistemindən imtina edərək elektron qeydiyyat sisteminə keçməkdir. Yəni, avtomobil parkinqə maneəsiz daxil olur, kameralar onu avtomatik rejimdə qeydə alır. Parkinqdən çıxışda isə dayanma saatına müvafiq ödəniş edilir. Bir sözlə, növbə girişdə deyil, çıxışda olur. Bu zaman küçədəki tıxac da aradan qalxar.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh