Paytaxtın mərkəzində biabırçı mənzərə; küçələrdə otarılan inəklər - VİDEO
Avtosfer TV
16 İyun 2022 18:30
Oxunub 2762

Şəhərin mərkəzi küçələrində son vaxtlar mal-qaranın açıq şəkildə, nəzarətsiz formada gəzməsi halları adiləşib. Bundan əvvəl də Avtosfer.az saytında Binəqədi rayonu ərazisində - Bakı-Şamaxı yolunda inəklərin yaşıllıqlarda otlaması barədə görüntülər yayımlamışdıq. Budəfəki görüntülərdə isə heyvanlar Qara Qara prospektində yolun ortasında sahibsiz hərəkət edir.
Qeyd edək ki, mal-qaranın yola sahibsiz buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bununla yanaşı, şəhərin mərkəzinə heyvanların bu formada nəzarətsiz buraxılması ümumiyyətlə, biabırçı mənzərədir. Ümid edirik ki, aidiyyatı qurumlar bunu nəzərə alacaq.
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














