"Peredok", led işıqlı maşınla "pravasız" "hoqqa verən" 17 yaşlı yeniyetmə - VİDEO

Avtosfer TV 29 İyun 2023 16:01 Oxunub 2008
"Peredok", led işıqlı maşınla "pravasız" "hoqqa verən" 17 yaşlı yeniyetmə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə avtomobillərdə konstruksiya dəyişiklikləri edərək avtoxuliqanlıq edən sürücünün videosu yayılıb.

Avtosfer.az xəbər verir ki, 90-OC-034 dövlət nömrə nişanlı, və 90-KX-102 dövlət nömrə nişanlı, avtomobilləri idarə edən şəxs maşınlarda konstruksiya dəyişiklikləri edib. Belə ki, avtomobilə "peredok" verilib, eyni zamanda led işıqlar quraşdırılıb. Həmçinin dövlət nömrə nişanları çıxarılaraq idarə olunur. 
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu avtomobilləri sürən sürücülük hüququ olmayan 17 yaşlı yeniyetmədir. 
Xüsusilə "Son zəng" günü avtomobillərlə şəhərin müxtəlif yerlərində "avtoşluq" edərək şou göstərir və video çəkərək sosial şəbəkələrdə paylaşır. 
Ümid edirik ki, aidiyyəti qurumlar bu barədə müvafiq tədbirlər görəcək.

Videonu təqdim edirik:


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh