Peşəkar təcili yardım sürücüsü belə olur - Bakıda - VİDEO
Noyabrın 2-də Salyan şossesində (Bibiheybət məscidinin yanında) qaydalara tam şəkildə riayət edən təcili tibbi yardım avtomobilinin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Xidməti vəzifəsini yerinə yetirən təcili yardım avtomobilinin sürücüsü geriyə dönməzdən əvvəl arxadan gələn avtomobilin ona yol verməsinə əmin olduqdan sonra sola dönüb. Bundan sonra sağ tərəfdən gələn avtomobillərin ona yol verməsini tam gözlədikdən sonra geriyə dönərək hərəkətini davam etdirib.
“Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsinin II hissəsində qeyd olunub ki, "Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər".
Qeyd etdiyimiz təcili yardım avtomobilinin sürücüsü qanunu tam oldugu kimi, yəni, üstünlük almaq üçün əvvəlcə o sayrışan işıq siqnalını və xüsusi səs siqnalını qoşub, ona yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlayıb.
Ümid edirik ki, bu video digər üstün keçid hüququ olan avtonəqliyyat vasitələrinin sürücülərinə, xüsusən də polis əməkdaşlarına bir nümunə olacaq.
Təbriz
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












