Piyada keçidinin ətrafı parkinqə çevrilib: təhlükəli vəziyyət yaranıb - VİDEO

Paytaxtın Qurban Xəlilov küçəsində işıqforla nizamlanan piyada keçidinin yaxınlığında park edilən avtomobillər təhlükləli vəziyyət yaradır.
Avtosfer.az xəbər verir ki, mayın 1-də qeydə alınmış görüntülərdə piyada keçidinə 5 metr məsafədə iki avtomobilin park edildiyi əks olunub. Keçidin üzərində də analoji hal qeydə alınıb və piyada zolağının üzərinə su qabı qoyulub. Ehtimal olunur ki, bura da digər avtomobillərin park edilməsi üçün saxlanılıb. Görüntülərdə piyadaların keçiddən istifadə zamanı əziyyət çəkdiyi də əks olunub.
Qeyd edək ki, qanunvericiliklə piyada keçidinə ən azı 5 metr məsafədə avtomobil saxlamaq olmaz. Çünki bu piyadaların gələn avtomobilləri, sürücülərin isə yolu keçənləri görməsinə məhdudiyyət yaradır.
Xatırladaq ki, parkinq yerlərinin ödənişli edilməsindən sonra bu kimi halların sayı artıb.
Məhəbbət Tərlanoğlu
Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO
Keçiddə 84 yaşlı kişini vurub öldürən sürücü həbs edildi - ANBAAN VİDEO
Binəqədidə əks yola çıxan sürücü keçiddən keçən piyadaları vurdu - REAL VİDEO
Sərxoş sürücü maşını yol polisinə verməmək üçün yandırdı - VİDEO
Bakıda Seneqal nömrəsi ilə taksi xidməti - "Yango"dan AÇIQLAMA - FOTO
Bir dəqiqədə üç dəfə qəza təhlükəsi yaradan sürücü - 77-RN-664 - VİDEO
“Bolt”un sürücüsü müəllimlərlə bağlı layihəsi ilə qalib oldu, 10 min manat qazandı - VİDEO
Azərbaycandakı sürətli şarj məntəqələri avtomobillər üçün təhlükəlidir – Ekspertdən XƏBƏRDARLIQ - VİDEO
Piyadanı vurub meyitini 1 kilometr sürükləyən sürücü həbs edilmədi - ANBAAN VİDEO
Sakinlər park salınmasına etiraz edir: "Maşın saxlamağa yer olmayacaq" - VİDEO
Sərxoş “Prius” sürücüsünü qovan yol polisi maşınları toqquşdu; 2 yaralı var - VİDEO











