Piyada zolağını zəbt edən sürücünün aqibəti – DƏRS OLACAQ VİDEO

Gün ərzində yerüstü piyada keçidindən tez-tez istifadə edirik. Bəzən, yolu keçmək istəyərkən avtomobilini düz zolağın üzərində saxlayan məsuliyyətsiz sürücülərlə də rastlaşırıq. Bu vəziyyətdən bir çox piyada narahatlıq keçirərək, kimisi iradını bildirir, kimisi şəkilini çəkib sosial şəbəkədə paylaşır, kimisi də sürücü ilə münaqişəyə girməməkdən ötrü həyatını təhlükəyə ataraq yolun hərəkət hissəsindən keçərək yoluna davam edir.
İndi sizə təqdim edəcəyimiz video da elə bu qəbildəndir. Bu dəfəki piyada isə məsuliyyətsiz sürücünü özünəməxsus formada cəzalandırır.
Avtosfer.az xəbər verir ki, görüntülər Rusiyanın Samara şəhərində qeydə alınıb.
Kadrlarda, sürücünün idarə etdiyi narıncı rəngli kabrioletin piyada zolağının üzərində dayandığı və bu zaman sağ tərəfdən gələn şəxsin düşünmədən avtomobilin qapısını açaraq salonun içindən keçdiyi görülür.
Daha sonra sürücü avtomobilindən düşərək, təəccüblə “nə baş verir?” baxışları ilə həmin piyadanın arxasınca baxır. Sosial şəbəkə istifadəçiləri paylaşılan görüntülərdə piyadanı bu hərəkətini haqlı sayıblar.
Namiq Musayev
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO











