Piyadaların üstündən keçən milyonçu qızının polis idarəsindəki rahatlığı - VİDEO
İki gün əvvəl Ukraynanın Xarkov şəhərində baş verən, 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı yeni görüntülər əldə edilib.
Avtosfer.az milli.az-a istinadən bildirir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdən məlum olub ki, 20 yaşlı oliqarx qızı Alyona Zaitseva "Lexus" avtomobili ilə başqa bir maşınla yarışırmış. Polislərin verdiyi məlumata görə, Alyona yolun sürət həddi 35 kilometr olan hissəsində 70 kilometr /saat sürətlə hərəkət edib.

Qırmızı işıqdan sürətlə keçən "Lexus" "Touareg"lə toqquşub və piyadaların üstünə aşıb.

Hadisə nəticəsində dünən 6 nəfərin öldüyü deyilsə də, bu gün ölənlərin sayının 5 nəfər olduğu açıqlanıb.
Alyona 3 gündür bölmədə saxlanılır. Onun idarədə polislərlə mübahisə edərkən üzündə təbəssüm olması jurnalistlərin diqqətindən yayınmayıb.

Araşdırmalar davam etdirilir. Alyonanı 10 illik həbs cəzası gözləyir.
Qeyd edək ki, Alyona yerli enerji şirkətinin sahibi, multi-milyoner Vasily Zaitsevin qızıdır. 20 yaşı olan Alyona qəza zamanı xəsarət almayıb. Qəzada yaralananlardan 6-sı komadadır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












