Banner

Piyadaların üstünə su sıçradan sürücü - 40 manat cəriməsi var VİDEO

Avtosfer TV 17 Noyabr 2022 16:58 Oxunub 3062
Piyadaların üstünə su sıçradan sürücü  - 40 manat cəriməsi var VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gündür paytaxt Bakıda yağışlı hava müşahidə olunur. Təbii ki, belə havada sürücülər ikiqat diqqətli olmalıdır.

Avtosfer.az-ın elektron ünvanına göndərilən video Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. 77-HB-273 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ötmə edən zaman sürətlə yoldakı suyun üzərindən keçir və suyu sıçradaraq piyadaların üstünə vurur. 
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə bunu qəsdən edən sürücülər 40 manat cərimə olunurlar.

Videonu təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh