Piyadavurma hadisəsinin 80 faizi onların öz səhvlərinə görə baş verir – AQİL RƏHİMOV - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov piyadaların məsuliyyətsiz davranışlarını tənqid edib və baş verən qəzaların böyük əksəriyyətində günahın piyadaların üzərində olduğunu bildirib. Avtosfer.az xəbər verir ki, məşqçi bu fikirləri özünün sosial şəbəkə hesabında paylaşdığı videoda səsləndirib.
Aqil Rəhimovun sözlərinə görə, son illərdə baş verən 10 piyada vurulması hadisəsindən təxminən 8-də günahkar məhz piyadaların özləridir. O, qeyd edib ki, xüsusilə qaranlıq vaxtlarda bir çox piyadalar yol keçərkən ehtiyatsız davranır və bu da qəzaların əsas səbəblərindəndir:
“Fikir verin, axşam vaxtıdır, qaranlıqdır, sürücülər yolu çətinliklə görürlər. Amma insanlar buna baxmayaraq yolu istədikləri yerdən keçirlər. Bu qədər ehtiyatsızlıq olmaz. Bəziləri deyə bilər ki, infrastruktur zəifdir, piyada keçidi yoxdur. Amma baxın, çox vaxt cəmi 10-15 metr aralıda piyada keçidi olur, amma yenə də insanlar oradan keçmirlər və həyatı ilə risk edirlər.”
Aqil Rəhimov hesab edir ki, vəziyyəti düzəltmək üçün həm inzibati cərimələr artırılmalı, həm də maarifləndirmə işləri gücləndirilməlidir:
“Cərimələr artırılmalıdır. Əgər piyada vurulması hadisəsində sürücü günahsızdırsa, bu hallar televiziya kanallarında ictimaiyyətə göstərilməlidir. İnsanlar görməlidir ki, bəzən piyadanın məsuliyyətsizliyi nəticəsində avtomobil zədələnir, sürücü stress keçirir, amma günahkar piyada olur. Belə faktlar açıq şəkildə işıqlandırılmasa, vəziyyət düzəlməyəcək.”
Məşqçinin fikrincə, yol təhlükəsizliyi ilə bağlı maarifləndirici materialların televiziya və sosial media vasitəsilə geniş şəkildə yayılması insanlarda məsuliyyət hissini artırar və qəzalara səbəb olan bu cür halların qarşısını qismən də olsa ala bilər.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












