Poliklinikalarda tibbi arayışı göy-göyərti kimi satırlar – Ekspertdən ŞOK AÇIQLAMA - VİDEO

Avtosfer TV 16 Fevral 2024 16:09 Oxunub 4626
Poliklinikalarda tibbi arayışı göy-göyərti kimi satırlar – Ekspertdən ŞOK AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı taksi sürücülərinin tibbi müayinədən keçirilməsi barədə danışıb. O, bildirib ki, bu gün taksi sürücülərinin tibbi müayinəyə cəlb edilməsi barədə tapşırıq verilməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir: “Aidiyyatı qurum bunu təkzib edib. Belə bir hal yoxdur. Lakin onsuz da yanvarın 1-dən qüvvəyə minən qaydalara əsasən taksi sürücüləri gündəlik tibbi müayinədən keçməlidirlər”.


Ekspert bildirib ki, bəzən tibii müayiə ilə sağlamlıq haqqında arayış qarışdırılır. “Tibbi müayinədən sağlamlıq haqqında arayış alan şəxslər keçir. Yəni, taksi sürücüsü kimi qeydiyyatda olan şəxs artıq gündəlik tibbi müayinədən keçməklə fəaliyyət göstərir. Əsas problem tibbi müayinədə deyil, sağlamlıq haqqında arayışın veriməsindədir. Bu arayışı da poliklinikalar bazar qaydaları əsasında sanki göy-göyərti satırlarmış kimi pul alaraq verirlər”. 


Ekspert bildirib ki, poliklinikalarda bu məsələyə ciddi nəzarət olunmalıdır: “Bu nəzarət mexanizmini Səhiyyə Nazirliyi və güc sturukturları çox yaxşı bilir. Bir neçə nəfər həbs edilsə, otaqlara kameralar yerləşdirilsə, şəffaf şəkildə prosesin həyata keçirilməsi tələb olunsa məsələ həllini tapacaq.”


Ekspert bildirib ki, tibbi arayış üçün 40 manat civarında dövlət rüsumu müəyyən edilib. Lakin həkimlər arayış müqabilində 80-100 manat pul alır. “Təklif edirəm ki, dövlət rüsumundan həkimlərin maaşına əlavə faiz hesablansın. Nəticədə rüşvət amili aradan qalxacaq. Axı yolda narkoman, dəli taksi sürücülərin öldürdüyü, kobudluq göstərdiyi sərnişinlər arasında elə həkimlərin də qohumları var. Onlar vicdanlarına sığışdırıb belə şeyləri necə edirlər. Yəni, bu müayinənin kökü taksi sürücülərinin tapşırıqla, harasa getməsində deyil, onu müayinə edən həkimlər və tibb mərkəzlərindədir.” 


Elməddin Muradlı vurğulayıb ki, bu məsələ ilə ciddi şəkildə məşğul olmaq lazımdır: “Dünən Baş prokuror Kamran Əliyev də müsahibəsində qeyd etdi ki, qanunda hansısa formada boşluqlar, neqativlər var. Ola bilər ki, bu problem qanunvericilik səviyyəsindədir. Amma neqativ hal bundan ibarətdir ki, poliklinika həkimlər arayışı pulla satırlar. Bunu açıq demək lazımdır. İstənilən poliklinikada bir əməliyyatçı bu prosesi tam şəffaf şəkildə aşkarlaya bilər. Adi sürücü qismində daxil olub “tibbi arayış istəyirəm” desə başına nələr gələcəyini özü görəcək. Ondan sonra işin kökünü kəsmək mümkün olacaq”.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh