Polis avtomobili dəmir yolunda park etdi, şübhəli qadını qatar vurdu - VİDEO
Avtosfer TV
28 Oktyabr 2022 09:15
Oxunub 1998

Qəribə hadisə ABŞ-ın Kolorado ştatında baş verib. Avtosfer.az xəbər verir ki, polis şübhəli davranışına görə 20 yaşını qadını həbs edərək qandallayıb. Bundan sonra isə qadın dəmir yolu keçidinə park edilmiş polis avtomobilinə mindirilərkən qapılar bağlanıb.
Bu zaman sürətlə gələn yük qatarı avtomobili vuraraq yoldan kənara atıb. Qadın polisləri köməyə çağırsa da, ona heç kim məhəl qoymayıb. Qəzada qadının 9 qabırğası sınıb, döş qəfəsi zədələnib, çoxsaylı xəsarətlər alıb.
Hadisə sosial şəbəkədə ciddi etiraz doğurduğu üçün hadisəyə səbəb olan polislər sərəncama göndərilib.
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














