Polis avtomobilini qaçıran şəxsi elə polis ölümdən qurtardı - VİDEO
Avtosfer TV
1 Fevral 2023 16:58
Oxunub 1324

Qəribə hadisə ABŞ-da baş verib. Avtosfer.az-ın xəbərinə görə, Atlanta polisi gecə saatlarında qayda pozan sürücünü saxlayıb. Polis avtomobilinə əyləşdirilən sürücü isə polisin diqqətsizliyindən istifadə edib.
Avtomobilin işlək vəziyyətdə olduğunu görən sükan arxasına keçərək ərazini tərk edib.
Avtomobilin təqibinə maşınlarla yanaşı helikopter də cəlb olunub. Müşahidə zamanı avtomobilin dəmir yolu xəttinin birini keçdikdən sonra aşdığı üzə çıxıb. Qatar isə yaxınlaşırdı və maşinistin hər hansı müdaxiləsi heç nəyi dəyişməyəcəkdi. Polislər şüşəni sındıraraq qayda pozan şəxsi xilas ediblər. Bir neçə saniyə sonra isə qatar maşını vurub.
Yaralı halda xəstəxanaya şatdırılan şəxs müalicədən sonra hakim qarşısına çıxarılacaq.
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
19 Dekabr 2025 22:03
“Gelandewagen” sürücüsü qırmızda keçib ağır qəza törətdi – 6 nəfər öldü - VİDEO
17 Dekabr 2025 22:03
Ötmə qaydasını pozan sürücü ağır qəza törətdi – Sürücülərin ayağı sındı - VİDEO













