Banner

Polis azyaşlı qızını və özünü təhlükəyə atan velosipedçi ananı cərimələdi - VİDEO

Avtosfer TV 7 Sentyabr 2020 14:59
Polis azyaşlı qızını və özünü təhlükəyə atan velosipedçi ananı cərimələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polis, sosial şəbəkədə yayımlanan qalmaqallı videonun qəhrəmanına çevrilən velosipedçi qadının şəxsiyyətini müəyyənləşdirib. Avtosfer.az xəbər verir ki, görüntülər Rusiyanın Kemerov şəhərində qeydə alınıb.

Kadrlarda, nəqliyyatın intensiv olduğu yolda, bir azyaşlı qızın velosiped sürən qadının boynuna sarılaraq təhlükəli səfər etdikləri görülür.

Bir avtomobilin təhlükəsizlik kamerasına düşən video sürücü tərəfindən sosial şəbəkədə paylaşılıb.

Yerli KİV-in məlumatına görə, görüntüləri izləyən hüquq-mühafizə orqanları, özünü və qızının həyatını təhlükəyə atan ananın şəxsiyyətini müəyyənləşdirib və onu inzibati qaydada 800 rubl (19 manat) cərimələyib.

 

Namiq Musayev

 

Oxunub 2008
ŞƏRH YAZ
Ad

E-mail

Şərh