Polisə təpik atan traktor sürücüsü üzr istədi - VİDEO
Avtosfer TV 22 İyun 2020 17:41 Oxunub 1888
Polisə təpik atan traktor sürücüsü üzr istədi - VİDEO

Masallı rayonunda yol polisinə tabe olmayaraq onlara müqavimət göstərən traktor sürücüsü bu əməlindən peşman olduğunu bildirib. Avtosfer.az xəbər verir ki, traktor sürücüsü Sədahin Abdullayev bildirib ki, polis əməkdaşları ilə hər hansı problemi yoxdur. Hazırda öz işinə davam edir. 

Qeyd edək ki, iyunun 19-da Masallı şəhəri ərazisində günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən traktor sürücüsünə saxla işarəsi verilib. Lakin sürücü tabesizlik göstərək qaçmağa cəhd edib.
Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.

Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.
Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb.
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh