“Porsche” ilə qayda pozub video yaydı; 800 manat cərimə edildi - VİDEO
Avtosfer TV
10 Mart 2024 21:37
Oxunub 672
Türkiyənin İstanbul şəhərində sürət həddini aşan sürücüyə yüksək cərimə yazılıb.
Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Tuzla qəsəbəsində qeydə alınıb.
Belə ki, Şimal Mərmərə magistralında “Porsche” markalı lüks avtomobilini saatda 318 km sürətlə idarə edən sürücü, sağ-sol manevrləri edərək digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb və bu görüntüləri sosial şəbəkədə paylaşıb.
Şəbəkə istifadəçilərinin qınağına və tənqidlərinə səbəb olan görüntülərə tez bir zamanda reaksiya verən yol polisi sürücüyə 14 min 258 lirə (red. 800 azn) cərimə yazıb.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR