
“Prado”dan düşüb küçəyə zibil atan qadın kameraya yaxalandı - VİDEO
Avtosfer TV
7 Dekabr 2022 10:29
Oxunub 7276

Sosial şəbəkələrdə küçəyə zibil atan sərnişinin videosu yayılıb. Avtosfer.az xəbər “Toyota Prado” markalı, 99-HJ-310 dövlət nömrə nişanlı avtomobildən düşən xanım sərnişin əlindəki zibil torbasını küçəyə atıb.
Görüntüləri sosial şəbəkədə paylaşan şəxs yazır ki,”dəfələrlə evimizin qarşısına zibil atıldığını görürdük. Daha sonra kameraya baxdıqda gördük ki, “Toyota”dan düşən bir xanım hər gün eyni yerə bir zənbil zibili atıb gedir”.
Qanunda qeyd edilir ki, nəqliyyat vasitəsindən yola hər hansı əyşa atmağa görə sürücü 40 manat, sərnişin isə 30 manat cərimə oluna bilər.
Nəzrin
ŞƏRH YAZ