Belə yollara görə maşını sıradan çıxan sürücülər DİQQƏTİNƏ: “Bu qurumlara müraciət edin”

Gündəlik maşın və digər nəqliyyat vasitələrindən istifadə edən şəxslər yolların problemli olmasından şikayətlənirlər. Yollardakı problemlər isə maşınların sıradan çıxması və sonda qəza hallarına səbəb olur. Sürücülər çox zaman dəymiş zərərlə bağlı hara müraciət edəcəklərini bilmirlər və bu mövzuda maarifləndirmə çox azdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı da bu faktı təsdiqləyərək, zərərlə bağlı məsuliyyəti daşıyan qurumlar haqqında danışdı: “Azərbaycanda yol hərəkətinin təşkili ilə bağlı bir sıra qurumlar məsuliyyət daşıyır. Avtomobil Yolları Dövlət Agentliyi, Rayon İcra Hakimiyyətləri eləcə də bələdiyyələr yolların çəkilməsinə, saxlanılmasına cavabdehdirlər. Sözsüz ki, Yol Polisinin həmçinin Bakı Nəqliyyat Agentliyinin də burada məsuliyyəti var. Yollarda nişanların, işıqlandırmanın olmaması, nişanlanma xətlərinin silinməsi, yollarda yaranan kələ-kötürlükdən sürücüyə dəymiş ziyana görə, həmin əraziyə cavabdeh olan qurum məsuliyyət daşıyır”. Ekspert sürücülərin bu mövzuda məlumatlandırılmağını vacibliyini qeyd edərək, dəymiş zərərin ödənilməsi qaydalarını açıqlayıb: “Çox təəssüflər olsun ki, bu gün məhəllədaxili, ümumi istifadə olunan intensiv gediş-gəlişli yollar var ki, bərbad vəziyyətdədir və sürücülər əziyyət çəkirlər. Bu halda mütləq ki, dəymiş zərəri aktlaşdırmaq lazımdır. Sürücü Yol Polisinə bu problemi qeydiyyata aldırmalı və daha sonra aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Adıçəkilən qurumları cavabdeh qismində məhkəməyə cəlb edib, dəymiş zərərin miqdarını müəyyən etmək olar”.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











