Prospektdə qırmızı işıqda keçən piyadalar sürücüləri riskə atdı - VİDEO

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində kütləvi şəkildə qayda pozan piyadalar görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, bir qrup piyada işıqforun qadağanedici işığına əhəmiyyət vermədən keçiddən yolu keçiblər. Nəticədə onlar həm özlərini, həm də hərəkətdə olan nəqliyyat vasitələrini təhlükəyə atıblar. Hətta son anda yolu keçən gənclər yaxınlaşmaqda olan motosikleti gözardı edərək hərəkətlərinə davam ediblər.
Qeyd edək ki, nizamlanan piyada keçidlərində (işıqfor olan yerlərdə) piyadalar yalnız yaşıl işıq yandıqda yolu keçməlidirlər. Qırmızı işıqda hərəkət etmək qayda pozuntusu sayılır və həm təhlükəli, həm də inzibati məsuliyyət yaradır. Nizamlanmayan keçidlərdə isə piyadalar əvvəlcə hər iki istiqamətdən gələn nəqliyyat vasitələrini diqqətlə müşahidə etməli, yalnız yol boş olduqda hərəkət etməlidirlər.
Təhlükəsizliyin təmin olunması üçün hər bir piyada bilməlidir ki, yol hərəkəti qaydalarına əməl etmək təkcə sürücülərin deyil, onların da birbaşa borcudur. Bir anlıq məsuliyyətsizlik ciddi fəsadlara səbəb ola bilər.
Nərmin
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










