Prospektdə yolu tanımayan sürücü qəza törədib dava saldı, sərnişin qorxuya düşdü - VİDEO

Paytaxtın Tbilisi prospektində qayda pozan sürücü qəzaya səbəb olub.
Sərnişin hadisəylə bağlı görüntüləri Avtosfer.az-a göndərib. Onun sözlərinə görə, qəza martın 6-sı saat 10:13 radələrində baş verib. Belə ki, “Bolt” taksi şirkətinə məxsus “Toyota Prius” markalı avtomobil “KIA” markalı maşınla toqquşub. İzləyici bildirib ki, qəzaya səbəb “Prius” sürücüsünün diqqətsiz davranması olub. Həmçinin o, sürücünün ünvanı tanımadığı üçün telefona tez-tez baxdığını və bu səbəblə digər nəqliyyat vasitələrinin hərəkətinə fikir vermədiyini əlavə edib. Nəticədə isə sürücünün törətdiyi qayda pozuntusu qəzayla sonlanıb. Xoşbəxtlikdən “Prius” sürücüsü maşının hərəkətini saxlayaraq ağır qəzanın qarşısını alıb. Daha sonra isə sürücülər arasında münaqişə başlayıb. “ “KIA” sürücüsü avtomobilini vurduğunu bildirsə də, taksi sürücüsü əməlini boynuna almadı. Nömrəsini istədiyi zaman isə o, avtomobilə əyləşdi və biz hadisə yerindən uzaqlaşdıq. Bu zaman zərərçəkmiş bizi təqib etməyə başladı. Daha sonra aralarında yenidən mübahisə yarandı. Həyəcandan yaxın yerdə maşını saxlatdırıb düşdüm. Çünki sürücü avtomobili qeyri-peşəkar və əsəbi halda idarə edirdi. Hətta maşına minməzdən öncə nəqıiyyat vasitəsinin ön hissəsinin əzik olduğunu görüb tərəddüd etmişdim. Kaş ki, sifarişi ləğv edərdim” - deyə, izləyici vurğulayıb.
Təəssüflə qeyd edək ki, taksi şirkətləri ilə əməkdaşlıq edən təcrübəsiz və qayda pozan sürücülər kifayət qədərdir. Görünür, şirkətlər üçün önəmli olan insanların həyatı deyil, onlardan əldə etdikləri gəlirlərdir.
Nərmin
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO
Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO
Qadın sürücü “Nissan”ı səkiyə çıxarıb skuteri vurdu - VİDEO
Mərdəkanda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı, ardınca… - VİDEO
Sərxoş usta müştərinin avtomobilini qaçırdı - Polis qovanda 7 maşını əzdi - VİDEO
Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO
Bakıda maşın yola qaçan qadını vurdu - Günah kimdədir? - REAL VİDEO
Yolda dava edən sürücülər bu görüntülərə mütləq baxsın – VİDEO
Sağ zolaq boş ola-ola solda "dirəşən" sürücülərin görüntüləri yayıldı - NİİM-dən VİDEO










