Banner

Qadağan olunan yerdə ötmə edən “Toyota” “Nissan”la toqquşdu; iki nəfər öldü - VİDEO

Avtosfer TV 22 Sentyabr 2025 23:06 Oxunub 614
Qadağan olunan yerdə ötmə edən “Toyota” “Nissan”la toqquşdu; iki nəfər öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Primorye bölgəsində baş verən hadisənin görüntüləri kameraya düşüb.
Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobili yolun “ötmək qadağandır” hissəsində  ötmə əməliyyatını yerinə yetirən zaman yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Nissan Primera” ilə toqquşub.
Qəza nəticəsində “Toyota”nın sürücüsü və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Digər avtomobilin sürücüsü ilə sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Polis qəza ilə bağlı araşdırmalara başlayıb. 
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:


Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh