Qadın sürücü maşını yoldan çıxarıb tanınmaz hala saldı; yaralandı - 90-EC-232 - VİDEO
Avtosfer TV
12 May 2025 16:30
Oxunub 1348

Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza mayın 11-də saat 09:00 radələrində qeydə alınıb: “Belə ki, Əmirsoy Aslanzadə Aytən Aydın qızının idarə etdiyi 90-EC-232 dövlət nömrə nişanlı “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtomobil yararsız hala düşüb”.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














