Avtosfer.az | Reklam
Qadının idarə etdiyi “Lexus” avtosisternlə toqquşdu; 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Avtosfer TV 23 İyul 2020 12:29 Oxunub 1238
Qadının idarə etdiyi “Lexus” avtosisternlə toqquşdu;  3 nəfər xəsarət aldı – ANBAAN VİDEO

Rusiyanın Ulyanovsk əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə dəhşətli yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Melekesskom rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 31 yaşlı qadın sürücü idarə etdiyi “Lexus NX-200” markalı avtomobillə, ötmə əməliyyatı yerinə yetirən zaman yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn yanacaq daşıyan avtosisternlə toqquşub.

Zərbənin təsirindən minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü və onun 2015 - 2018-ci il təvəllüdlü iki övladı müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh