Qarlı yolda “07” ilə “hoqqa” verən sürücü qəzadan belə qurtuldu; yol polisi cərimələdi - VİDEO

Ağsu dolaylarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-ER-059 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü qarlı hava şəraitində bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn “Toyota” markalı avtomobili təhlükəyə atıb və onunla toqquşmaqdan son anda yayınıb.
Qeyd edək ki, qarlı və buzlu yollarda bu cür “şou” xarakterli, riskli manevrlər avtomobilin idarəetmədən çıxmasına, əyləc məsafəsinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Xüsusilə bütöv xəttin pozulması sürücünü qarşıdan gələn nəqliyyatla üz-üzə qoyur və belə hallarda saniyələr insan həyatını həll edir. Yol hərəkəti iştirakçıları qış şəraitində sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməlidirlər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Nərmin
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












