Qatar maşını vurmur, maşın qatar yoluna çıxıb qəzaya səbəb olur - VİDEOÇARX

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti dəmir yollarında baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə sosial çarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, sosial çarxda əsasən qorunan və qorunmayan dəmiryol keçidlərindən istifadə qaydalarından, həmçinin nəqliyyat vasitələrinin dəmiryol keçidlərindən düzgün istifadə etməmələri nəticəsində baş verən qəzalardan bəhs olunur. Videoçarxın əsas mesajı ondan ibarətdir ki, qatar maşını vurmur, maşınlar qatarın yoluna çıxır və qəzaya səbəb olurlar.
Qeyd edək ki, dəmiryol keçidlərində şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda, eyni zamanda svetoforun qadağan siqnalı yandıqda sürücünün keçidə daxil olması qadağandır. Svetofor və şlaqbaum işləmədikdə sürücü keçid növbətçisinin siqnallarını əsas götürməlidir. Belə ki, növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda keçidə daxil olmaq qadağandır. Həmçinin keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə keçidə daxil olmamalıdır. Keçiddə hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, xətt olmadıqda stop nişanının və ya svetoforun yanında, bunlar olmazsa şlaqbauma azı 5 metr qalmış dayanmalıdır. Bu qaydalar piyadalara da şamil olunur. Eyni zamanda dəmiryol keçidində və keçidə 100 metrdən az qaldıqda ötmə qadağandır.
Sürücü keçiddə məcburi dayandıqda adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir. Qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir. Qeyd edək ki, dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir. “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsində qeyd olunub ki, sürücü keçidə yaxınlaşan zaman qatarın olmadığına əmin olduqdan sonra keçidə daxil olmalıdır. Şlaqbaumsuz dəmiryol keçidlərində sürücülər svetoforun siqnallarını rəhbər tutaraq hərəkət etməlidir. Yəni, svetoforun qırmızı işığı yanıb sönürsə, keçidə yaxınlaşan sürücü stop xəttin, stop xətt olmadıqda isə stop nişanının qarşısında dayanmalıdır. Stop nişanı olmadıqda isə sürücülər svetoforun qarşısında dayanmalı və qatarın keçməsini gözləməlidir. Qanunvericilikdə piyadalar üçün də qaydalar müəyyənləşdirilib. Piyadaların dəmiryol xəttinin üzərindən yolu digər tərəfə keçməsi qadağandır. Onlar ya piyada keçidindən, ya da dəmiryol keçidindən keçməlidirlər. Dəmiryol keçidindən keçən zaman sürücülər kimi svetoforun siqnallarını rəhbər tutmalıdırlar. Svetoforun qırmızı işığı yanıb-sönürsə piyadalarınn dəmiryol keçidinə daxil olması qadağandır.
Leyla
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











