Qaxda piyadalardan “uçmaq” tələb olunur – Keçidlər təhlükəlidir - VİDEO

Qax rayonunun mərkəzi küçələrində piyadalar təhlükə ilə üz-üzədir. Avtosfer.az xəbər verir ki, saytın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı piyada yolunun təhükəli olduğunu göstərən video çəkib və məsələ ilə bağlı öz fikirlərini bildirib. Qeyd edib ki, Qaxın mərkəzində - rayon İcra Hakimiyyətinin yaxınlığında - İmam Mustafayev və Azərbaycan prospektinin kəsişməsində yerləşən piyada keçidinin hər iki tərəfi yağış sularının axması üçün nəzərdə tutulan kanalla əhatə olunub. Ekspertin sözlərinə görə, avtomobil nəqliyyatı və yol təsərrüfatı bu kimi hallarda yaşlı insanları, hamilə qadınları, əlil və uşaq arabalarını düşünməlidir. Piyadaların təhlükəsizliyi üçün kanalların üzəri dəmir barmaqlıqlarla örtülməlidir. “Gecə vaxtı səki ilə gələn piyada keçiddən istifadə etmək üçün kanalın üstündən keçməlidir. Lakin belə halda piyadanın kanala düşmə ehtimalı yüksəkdir”.
Nurlan Sakitoğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











