Qayda pozanların psixoloji problemləri varmış – Psixoloq AÇIQLADI - VİDEO

Yollarda hərəkət iştirakçılarının təhlükəsizliyi üçün qaydalar təyin olunub. Bu qaydalara əməl etmək isə hamının borcudur. Lakin qaydaların pozulması nəticəsində milyonlarla manat cərimə yazılar. Ən pisi də odur ki, qayda pozuntusu hər dəfə cərimə ilə bitmir. Ağır qəzalar, ölüm və xəsarətlər də qeydə alınır.
Onu da demək lazımdır ki, hadisələrin çoxu sürücü və piyadaların qaydaları pozmasına görə baş verir.
Sosial psixologiyada belə bir anlayış var ki, kütlə içərisinə daxil olan şəxslər kimliyindən asılı olmayaraq özlərinə məxsus davranış formasını itirərək bütöv kütlənin davranışını sərgiləməyə başlayır. Yəni bir şəxsin davranışı bir neçə şəxsin davranışına görə tamamilə dəyişə bilir. Bunu yol-hərəkəti qaydalarına da şamil etmək olar. Hərəkət iştirakçılarından birinin qaydalara əməl etməsi sanki digərlərinə də nümunə olur. Belə ki, sürücülər intizamlı və tələbkar piyada gördükdə özlərində daha çox məsuliyyət hiss edirlər.
Bu barədə Avtosfer.az-a açıqlama verən psixoloq Mədinə Rəsulzadə bildirib ki, şəxslərin qayda pozmasına səbəb bundan hər hansı bir motiv almasıdır: “Əgər onların motivi diqqətdirsə qayda pozaraq özlərinə diqqət çəkirlər. Digər insanlar isə kütlə psixologiyasına girib həmin şəxsi təkrar edirlər. Şəxsi buna məcbur edən diqqət görməsidir. Pis və yaxşı olmasının isə heç bir önəmi olmur. Çünki onlar diqqət mərkəzində olduqları üçün istədiklərini almış olurlar”.
Psixoloq deyir ki, insan öz zehninin işləmə mexanizminə görə nəyi çox eşitsə və ya görsə onu edir: “Ona görə də mexanizm bu şəkildə olduğu üçün yol hərəkət qaydalarına riayət edən şəxslərin də digər insanlara pozitiv təsiri var. Yola çıxan şəxs bir nəfərin qayda pozduğunu, eyni zamanda 5 nəfərin qaydalara əməl etdiyini görürsə, qaydalara əməl edilməsinin önəmli olduğunu düşünür. Ya da daha çox insanın qaydalara əməl etmədiyini görərsə beyin qəbullanır ki, bizdə qaydalara əməl edən yoxdur”.
Avtosfer.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, əslində nümunəvi vətəndaş kimi davranmaq və bunu digərlərinə öyrətmək asandır: “Nümunəvi davranışlar bir növ yoluxucu ola bilir. Ətrafdakılar bu davranışın daha doğru yol olduğunu anladıqda, istər-istəməz onu təkrar edəcək. Əgər bir vətəndaş yol boş olmasına rəğmən piyada keçidində dayanıb, işıqforun yanmasını gözləyirsə bunu görən digər şəxslər qayda pozmağa utanar. Düzdür, hər nə qədər insanlar bunun əksini düşünsə də, mən hesab edirəm ki, insanlar belə davranışlarla başqalarını da nümunəvi yol-hərəkət iştirakçısı olmağa sövq edə bilər”.
Ümumiyyətlə, hər kəsin qaydalara əməl etməsi daha təhlükəsiz və rahat hərəkəti təmin edəcək.
Ümid edirik ki, vətəndaşlar həm özləri qaydalara əməl edər, həm də digərlərini də buna sövq edər.
Məhəbbət Tərlanoğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











