Qayda pozub qəzaya səbəb oldu; aşan maşının altında qaldı - VİDEO

Avtosfer TV 4 Aprel 2024 20:00 Oxunub 1606
Qayda pozub qəzaya səbəb oldu;  aşan maşının altında qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan və qəzaya səbəb olan motosiklet sürücüsünün görüntüləri təhülkəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkədə paylaşılıb.

Kadrlarda, motosiklet sürücüsünün əks istiqamətli yolun bir hissəsindən digərinə hərəkət etdiyi və bu zaman hərəkətdə olan avtomobillə toqquşduğu görülür.

Videoda həmçinin, avtomobil sürücüsünün qəzadan yayınmaq istədiyi, lakin digər sürücünün o istəkdə olmadığı görüntülənib.

Qəza nəticəsində minik avtomobili yol kənarındakı təpəciklərə dəyərək motosikletin üzərinə aşır.

Yerli KİV-in məlumatına görə, qəzada hər iki sürücü yüngül xəsarətlər alıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh