Qayda pozub “tez sür, tələsirəm” deyən sürücüdən baxın necə “qisas” aldılar - VİDEO

Sumqayıt şəhəri, Sülh küçəsində qayda pozan sürücünün görüntüsü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə martın 23-də saat 09:10 radələrində qeydə alınıb. Belə ki, 50-CN-038 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sağa keçir və həmin zolaqdakı avtomobilin yolunu kəsir. Kadrdan görünür ki, yolayrıcına daha tez daxil olmaq üçün sürücü bu xətanı törədir, hətta qəza şəraiti belə yaradır. Lakin o, işıqforun sarı işığının yandığını görərək dayanmağa məcbur olur.
Ardınca görüntünü qeydə alan avtomobilin sürücüsü qayda pozan maşına yaxınlaşaraq “Niyə o şəkildə qabağıma çıxırsan? - deyə, ona sual verir. “Hyundai”ın sürücüsü isə “Tez sürdə, tələsirəm” deyərək cavab verir. Bu cavab sürücünü aqressivləşdirir və o, işıqforun yaşıl işığı yanan kimi “Hyundai”ın önünə keçərək hərəkət edir. Daha sonra isə digər sürücü siqnal verərək onu ötsə də əsəbiləşən sürücü yenidən onu keçir.
Nərmin
Yol polisini kapotda sürüyən vəsiqəsiz şəxs film kimi hadisə törətdi - VİDEO
AYNA bir dayanacaqla gündəlik 20 mindən artıq sərnişinin daşınmasını necə təşkil edir? - EKSPERT RƏYİ – VİDEO
Gənc qadın sürücü ağır yol qəzasına səbəb oldu – 1 ölü, 1 yaralı - VİDEO
Bakıda əks yola çıxan sürücü ona xəbərdarlıq edən qadını təhqir etdi: “Dayı özünsən…” - VİDEO
Taksi sifariş edərkən necə təhlükəsiz səfər etmək mümkündür? – AÇIQLAMA - VİDEO
Qadın sürücü “Changan”ı mikroavtobusa çırpdı – Özü öldü, 10 yaralı var - VİDEO
Süni intellekt Azərbaycanın nəqliyyat sisteminə tətbiq edildi – Görün nələr baş verir - VİDEO
Xocasən–Lökbatan yolunda xaos: Sürücülər yol çiynini ”alternativ zolağa” çevirdi - VİDEO
Keçiddən keçməyən 72 yaşlı qadını maşın vurub öldürdü - VİDEO
Bakıda qayda pozub sürücüyə hücum çəkən şəxs CƏRİMƏLƏNDİ - VİDEO
Sürücü qarajın girişini bağladı – Yarım saat gözləyən sakin geri qayıtdı - VİDEO










