“QAZ-3110”la toqquşan “Toyota” havada uçub “Nissan”ın üzərinə düşdü – ANBAAN VİDEO

Rusiyanın Novosibirsk əyalətində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, qəza ötən gün səhər saatlarında Berdsk şəhərinin “Vağzal” küçəsində baş verib.
Məlumata görə, 1984-cü il təvəllüdlü qadın sürücü, idarə etdiyi “Toyota Highlander” maraklı avtomobillə hərəkətdə olarkən, qəfildən ikinci dərəcəli yoldan qarşısına minik maşını çıxıb. Qəzadan yayınmaq üçün manevr edən sürücü, hərəkətin əks zolağına çıxaraq qarşıdan gələn “QAZ-3110” markalı avtomobillə toqquşub. Zərbənin şiddətindən sürüklənərək havada çevrilən “Toyota", “Nissan Avenir” markalı maşının üzərinə düşüb.
Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib.
Xilasedicilər, “Toyota”da sıxışaraq qalan sürücü və sərnişinləri, kəsici alətlə avtomobilin damını kəsdikdən sonra çıxara biliblər.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda yol patrul xidmətinin əməkdaşları, qəzanın kimin səbəb olduğunu aydınlaşdırır.
Namiq Musayev
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











