“Qazel”lə toqquşan “07” əzik-əzik oldu - VİDEO

Avtosfer TV 9 Avqust 2023 21:15 Oxunub 1136
“Qazel”lə toqquşan “07” əzik-əzik oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Masallı rayonunda nəqliyyat vasitələrinin iştirakıyla qəza baş verib. 
Avtosfer.az-ın məlumatına əsasən, ağır yol-nəqliyyat hadisəsi dünən səhər saatlarında qeydə alınıb. Görüntülərdən aydın olduğu kimi, 44-BE-131 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobil, 77-ES-086 dövlət nömrə nişanlı, “Qazel” markalı yük maşınıyla toqquşub. Qəzanın baş verməsinə səbəb yüksək sürət həddi olub. Belə ki, sürət həddini aşan “07” sürücüsü yük maşınına çırpılaraq tamamilə sıradan çıxıb. “Qazel” də müəyyən dərəcədə zədələnib. 
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh