Qəbələ sakini təyyarə hazırladı - VİDEO
Həqiqi təyyarə kimi sürət yığır, sonradan havaya qalxır. Avtosfer.az-ın məlumatına görə, Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur və o, əsl təyyarələrə bənzəyən kiçik prototiplər hazırlayır. Ayaz Məmmədov hər bir detala xüsusi həssaslıqla yanaşır. 15-dən artıq təyyarə hazırlayan usta "Cesna-182 Skylane", "Tricopter" və "Nobler" kimi modellərlə sərgilərə də qatılıb.
Həmin təyyarə modelləri yanacaqla işləyir. Model əvvəlcə layihə formasında kağız üzərində çəkilir. Sonradan həmin layihəyə uyğun hər bir detal dəqiqliklə hazırlanıb yığılır.
Usta deyir ki, modeli hazırlamaq üçün istifadə etdiyi materialları tapmaq ona elə də asan başa gəlmir. Çünki əsas material sayılan balzanın ölkədə satışı yoxdur.
Gənc və istedadlı modelçi təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu, onların hafizələrini gücləndirmələrinə və asudə vaxtlarını daha səmərəli keçirmələrinə xidmət edir.
Ayaz Məmmədov deyir ki, onlara şərait yaradılarsa, modelləri daha da təkmilləşdirmək olar.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












