Qəbələyə çəkilən dəmiryol xətti bu ilin sonunadək istismara veriləcək - VİDEO
Avtosfer TV
17 Sentyabr 2020 14:01
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ləkidən Qəbələyə çəkilən dəmir yolunu bu ilin sonunadək istismara verməyi planlaşdırır. Bu layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82%-i tamamlanıb.
ADY-dən “MediaPost”a verilən məlumata görə, Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir.
Yolun layihələndirmə işlərinə xarici ekspertlər cəlb olunub, tikinti işləri isə yerli mütəxəssislər tərəfindən aparılıb. Qəbələyə çəkilən yolun keçdiyi ərazilər asan relyefə malik olmadığından bu xəttin çəkilməsi dəmiryolçulara böyük zəhmət və çətin sınaqlar hesabına başa gəlib. Tikintisi iki ildir davam edən yolda 7 ədəd körpü, 6 ədəd avtomobil tuneli, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 106 ədəd suötürücü boru kimi süni mühəndisi qurğular tikilərək başa çatdırılıb.
Bundan başqa, yolda elektrik dirəkləri və 1 ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb və kontakt şəbəkəsinin quraşdırılması üçün son işlər davam etdirilir. Bu yolda kəsintisiz 800 metrlik relslərdən istifadə olunub ki, bu da sərnişinlərin komfortlu səyahət keçirməsinə, eləcə də səs çirklənməsinin qarşısının alınmasına hesablanıb. Yolda təhlükəsizliyi təmin etmək üçün ümumi uzunluğu 85 000 paqon metr olan metal hasar da çəkilir.
Qəbələyə çəkilən yeni yolda 1 dayanacaq və 1 stansiya olacaq. Onlardan biri Ağdaşda, digəri isə Qəbələdə tikilir. Yolda həmçinin işarəvermə və rabitə sistemi üçün 1 ədəd məntəqə də inşa olunur.
Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq.
Tikinti işlərinin bu ilin noyabr ayınadək başa çatdırılması və yolun isə ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Oxunub 1602
DİGƏR XƏBƏRLƏR
26 Yanvar 2026 22:03
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
24 Yanvar 2026 18:06
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
23 Yanvar 2026 22:57
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
22 Yanvar 2026 20:06
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
22 Yanvar 2026 15:06
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
22 Yanvar 2026 12:30
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
21 Yanvar 2026 22:03
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
21 Yanvar 2026 11:30
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
19 Yanvar 2026 20:06
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
19 Yanvar 2026 18:00
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
16 Yanvar 2026 17:45
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
15 Yanvar 2026 20:06
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO
ŞƏRH YAZ











