Qəsdən qayda pozub "fəxr" edən "Range Rover" sürücüsü kimdir? - 007 - VİDEO
Avtosfer TV
20 Sentyabr 2021 11:15
Oxunub 5264
Sosial şəbəkələrdə qaydaları qəsdən və kobud şəkildə pozan sürücünün videosu yayılıb. Avtosfer.az xəbər verir ki, 10 YO 007 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin sürücüsü dönmə qadağan olan yerdən geriyə hərəkət edir. Digər bir nəfər isə onun qayda pozuntusunu çəkir. Bunun fərqində olan sürücü sanki nümayişkarənə şəkildə qayda pozuntusunu gösttərmək üçün videonu çəkən şəxsə əl də edir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə avtomobil "City life" MMC-yə məxsusdur. Videonu təqdim edirik:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR