Avtosfer.az | Reklam
Qəzadan sonra sürüklənən motosikletli piyadaya xəsarət yetirdi, özü isə... - VİDEO
Avtosfer TV 16 İyun 2020 21:00 Oxunub 1882
Qəzadan sonra sürüklənən motosikletli piyadaya xəsarət yetirdi, özü isə... - VİDEO
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində motosikletlinin ölümü ilə nəticələnən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Admiralteysk rayonunda qeydə alınıb.

Kadrlarda, motosikletin sürətlə hərəkətdə olduğu və qəfildən sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılaraq aşdığı görülür.

Zərbənin təsirindən sürüşən sürücü həmin anda səkidə irəliləyən şəxsə dəyir, motosiklet isə metrlərlə sürüklənir.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində motosikletli hadisə yerində dünyasını dəyişib. Yaralı piyada isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh