Banner

Qəzalarda ölənlərin sayı artır: Qaydaları pozan piyadalar cərimələnməlidir - VİDEO

Avtosfer TV 6 Dekabr 2024 15:00 Oxunub 3438
Qəzalarda ölənlərin sayı artır: Qaydaları pozan piyadalar cərimələnməlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkədə 2024-cü ildə qəzaların sayı ötən illə nisbətdə 14,4% azalıb. Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayına təqdim etdiyi statistikada göstərilir ki, bu ilin 9 ayı ərzində baş verən 1031 yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən şəxslərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq 1434 nəfər olub. Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41,0 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisələrinin sayı azalsa da, qəzalarda həlak olanların sayında ötən illə nisbətdə artıb davam edir. İl ərzində baş verən qəzaların yarıdan çoxu piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələridir.

Mövzu ilə əlaqədar şərh verən nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, artan piyadavurma faktlanın qarşısının alınması nəzarət mexanizmlərinin gücləndirilməsi ilə mümkün ola bilər:

“Yollarda piyadaların hərəkətinə, qaydalara riayət etmələrinə nəzarət edilməlidir. Necə ki, sürücülərlə bağlı bu nəzarət tətbiq edilir. Sürücülər qaydaları pozarkən cərimələnirlər, inzibati məsuliyyətə cəlb edilir. Eynilə də piyadalar qaydaları pozduqları zaman cəzalandırılsalar, o zaman yol-hərəkəti qaydalarına riayət edəcəklər. Müşahidələr göstərir ki, əksər qəzalar piyada keçidlərinin yaxınlığında baş verir. Səbəb isə odur ki, vətəndaşlar piyada keçidlərindən istifadə etmək istəmirlər."

Ekspert bildirib ki, piyadalar üçün cərimələr nəzərdə tutulub. "Əvvəllər piyada keçidindən keçmədikləri halda piyadalar cərimələnirdi. Sonradan bu tətbiq edilmədi və vətəndaşlar da yolu təyin olunmamış yerdən keçməyə başladılar. İnzibati Xətalar Məcəlləsində piyadalarla bağlı cərimələr nəzərdə tutulub. Belə ki, piyada keçidindən yaşayış məntəqəsi ərazisində keçməməyə, piyadalar üçün nəzərdə tutulan qırmızı işıqda yolu keçməyə,  operativ nəqliyyat vasitələrinə, polis, yanğınsöndürən və təcilli tibbi ayrdım avtomobilinə yol verməməyə və hərəkət edən avtomobilin qarşısına qəflətən çıxmağa görə 20 manat cərimə nəzərdə tutulur".

Videonu təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh