Banner

Qəzaya səbəb olan sürücü döyüldü - VİDEO

Avtosfer TV 1 Noyabr 2022 17:59 Oxunub 1548
Qəzaya səbəb olan sürücü döyüldü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xarici ölkələrdən birində baş vermiş qəza hadisəsi sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşə səbəb olub. Avtosfer.az xəbər verir ki, hərəkətdə olan avtomobillərdən biri digərinə yol verməyərək ona çırpılıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hər iki avtomobilə maddi ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisə şahidlərindən biri günahkar sürücünü cəzalandırmaq üçün ona bir neçə dəfə əl qaldırıb. Görünür səhvin onda olduğunu qəbul edən sürücü ona qarşılıq verməyib. Aşan avtomobilin sürücüsü isə ətrafdakıların köməyilə kabindən çıxarılıb.

Görüntüləri təqdim edirik:

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh