Qırımızı işıqda yola çıxan skuter sürücüsü belə vuruldu - ANBAAN VİDEO

Avtosfer TV 26 Dekabr 2023 10:15 Oxunub 11160
Qırımızı işıqda yola çıxan skuter sürücüsü belə vuruldu - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Svetoforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub. Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib. Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir.

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh