Avtosfer.az | Reklam
“Qırımızı”dan keçən “Honda” lokomotivlə toqquşdu; qadın sürücü xəsarət aldı - VİDEO
Avtosfer TV 25 Sentyabr 2020 18:00 Oxunub 714
“Qırımızı”dan keçən “Honda” lokomotivlə toqquşdu;  qadın sürücü xəsarət aldı - VİDEO

Rusiyanın Mariy El Respublikasında minik avtomobilinin və təmir lokomotivinin iştirakı ilə qəza baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər veriri ki, hadisə “Yoşkar-Ola-Kozımodemıyansk” avtomagistralının 9-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, qadın sürücü idarə etdiyi “Honda” markalı minik avtomobili ilə, dəmir yol keçidində svetoforun qırmızı işığından keçərək təmir lokomotivi ilə toqquşub.

Qəza nəticəsində avtomobil sürücüsü xəsarətlər alıb. Yaralı, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh