Qırıq xətdə ötmə edən sürücüyə 100 manat cərimə yazıldı - Nə baş verir? - VİDEO

Qayda pozmadığı halda cərimələndiyini iddia edən sürücü sosial şəbəkə hesabında paylaşım edib. Vüqar Kərimli adlı sürücü bildirir ki, idarə etdiyi "Mercedes" markalı avtomobillə mayın 1-də, Füzuli rayonu ərazisində hərəkətdə olarkən qırıq-qırıq xətdə ötmə əməliyyatı edib. Lakin onun barəsində cərimə tətbiq edilib. "Bu video Əmirzeyitli kəndinə dönən yolla Qayıdış qəsəbələrinə dönən yol arasında çəkilib.
Məsələ burasındadır ki, videoda görünən bütöv xəttin üzərində qara boya ilə qırıq xətt düzəldilib. Bu səbəbdən mən ötmə əməliyyatı etdim. Lakin 2 saat sonra mənə 100 manat cərimə gəldi. Elə həmin gün Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi yazdım və maşınımdakı video qeydiyyatçının qeydə aldığı bu videonu də göndərdim. 2 gün sonra xəbər gəldi ki, guya o qırıq xəttin qara hissəsini ağardıb bütöv xətt ediblər.
5 gün sonra isə BDYP-dən zəng etdilər. 10 gün keçməsinə baxmayaraq cərimə hələ də silinməyib" - deyə sürücü bildirib.
Fərid














