Qırmızıdan keçən “Audi” 4 avtomobillə toqquşdu – ANBAAN VİDEO
Avtosfer TV
23 Oktyabr 2025 21:00
Oxunub 1784

Beş avtomobilin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb.
Belə ki, 24 yaşlı şəhər sakini idarə etdiyi "Audi" markalı avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığından keçərək yol kəsişməsində 4 maşınla toqquşub. Zərbənin təsirindən "Audi" aşaraq digər nəqliyyat vasitələrinin üzərinə aşıb. Yerli mətbuatın yazdığına görə, qəza nəticəsində 1 nəfər qadın sürücü xəsarət alıb.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














