Qırmızıdan keçən "Audi" skuterli qızları vurdu; ikisi də öldü - VİDEO
Avtosfer TV
15 Sentyabr 2025 23:06
Oxunub 3172

Yüksək sürət ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Volqodonsk şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Audi" markalı minik avtomobili işıqforun qırmızı işığından keçərək piyada keçidindən keçməyə çalışan skuterli qızları vurub.
Zərbənin şiddətindən 2 yeniyetmə metrlərlə asfalt üzərində sürükləniblər.
Qəza nəticəsində gənc qızlar hadisə yerində ölüblər.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














