Banner

Qırmızıdan keçən “Audi” “zebra”da gənc ailəni belə vurdu - VİDEO

Avtosfer TV 14 İyun 2020 13:10 Oxunub 3852
Qırmızıdan keçən “Audi” “zebra”da gənc ailəni belə vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü qəzadan sonra hadisə yerini tərk edib

Rusiyanın Voronej şəhərində minik avtomobilinin piyadaları vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 13-də “9 yanvar” küçəsində qeydə alınıb.

Kadrlarda, “Audi A8” markalı minik avtomobilinin sürücüsü yol hərəkəti qaydalarına məhəl qoymayaraq svetoforun qırımızı işığından keçdiyi və bu zaman “zebra”dan  keçən qadınları vurmamaq üçün sükanı sağa döndərdiyi görülür. Bundan sonra avtomobil yoldan çıxaraq əvvəlcə elektrik dirəyini və işıqforu aşırır, daha sonra 4 yaşlı övladları ilə birgə yolu keçmək istəyən cütlüyü vurur.

Yerli KİV-in məlumatına görə, 31 yaşlı ər-arvad müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Körpə isə qəzanı yara almadan xilas olub.

Sürücü qəzadan sonra hadisə yerini tərk edib.

Polis hazırda onun yaxalanması ilə bağlı əməliyyat-axtarış tədbirlərinə başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh