Qırmızıdan keçən “Porsche” "Volqa" və “Lada”nı vurub dayanacağa girdi; ölən var - VİDEO

Qırmızıdan keçən sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Nijni Novqorod şəhərində baş verib. Məlumata görə, hələlik şəxsiyyəti müəyyən edilməyən sürücünün yüksək sürətlə idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil işıqforun qırmızı işığından keçərək sola manevr edən "Volqa" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Porsche” əvvəlcə “Lada Granta”ya, daha sonra isə avtobus dayanacağına çırpılıb.
Qəza nəticəsində "Volqa"nın sürücüsü hadisə yerində ölüb. “Porsche”nin sürücüsü, “Lada”nın sərnişini və dayanacaqda dayanan bir qadın xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












