Qırmızıdan keçən trolleybus “KIA”nı vurub sürüdü - VİDEO
Avtosfer TV 3 Sentyabr 2020 20:05 Oxunub 726
Qırmızıdan keçən trolleybus “KIA”nı vurub sürüdü - VİDEO

Rusiyanın Novosibirsk şəhərində trolleybusun və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Kirov küçəsində baş verib.

Kadrlarda, svetoforun yaşıl işığının yanması ilə “Kia Sportage” markalı avtomobilin hərəkət etdiyi və bu zaman sürətlə idarə edilən trolleybusun onunla toqquşduğu görülür.

Zərbənin təsirindən trolleybus “Kia”nı bir neçə metr sürüyür və sonra isə əvvəlcə dirəyə, ardınca da bir evin divarına çırpılır.

Yeli KİV-n məlumatına görə, qəza nəticəsində ictimai nəqliyyatda olan bir neçə sərnişin və “KİA”nın sahibi yüngül xəsarətlər alıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh